Bakıda "Bizim" marketə cərimə protokolu yazılıb.
Foodinfo.az xəbər verir ki, AQTA əməkdaşları Xətai rayonu, Cavanşir küçəsində yerləşən marketdə monitorinq keçirib. Nəticədə obyektin qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması və obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi müəyyənləşib.
Bu səbəbdən də marketlə bağlı cərimə protokolu tərtib edilib.