Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 15-də ölkə üzrə 394 ictimai iaşə obyektində 683 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Nərimanov ‎rayonu, Y. V. Çəmənzəminli küç., ev 52m ünvanında yerləşən, fiziki şəxs Əsgərov Ramin Yəhya oğluna məxsus “Barjomi” kafesi; 2. Bakı şəhəri, Nizami rayonu, Babək pr. 65B ünvanında yerləşən, fiziki şəxs Məmmədov Səbuhi Yunis oğluna məxsus restoran; 3. Bakı şəhəri, Səbail ‎ rayonu, Ü. Hacıbəyov küç., ev 38c ünvanında yerləşən, hüquqi şəxs "Basstone Restaurant" MMC-yə məxsus “Basston” restoranı; 4. Bakı şəhəri, Səbail‎ rayonu, Xəqani küç., ev 21m ünvanında yerləşən, fiziki şəxs Kərimova Nərgiz Murad qızına məxsus “Beearıf By Mydom” restoranı; 5. Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küç., ev 15 ünvanında yerləşən, fiziki şəxs Mahmudov Samir Zakir oğluna məxsus kafe; 6. Bakı şəhəri, Suraxanı‎ rayonu, Hövsan yolu, ev 1358 ünvanında yerləşən, fiziki şəxs Ağayev Allahverdi İsa oğluna məxsus restoran; 7. Sumqayıt şəhəri, 43-cü məhəllədə yerləşən, fiziki şəxs Hətəmov Zair Məzahir oğluna məxsus "Love is" kafesi. Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.