Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, daxil olan müraciət əsasında Agentlik əməkdaşları Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ticarət mərkəzində texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, bioloji fəallığa malik qida əlavələri (BFMQƏ) adı altında müxtəlif çeşidli məhsulların topdan satışı həyata keçirilən, fiziki şəxslər Qəmbərov Rauf Qurbanqulu oğlu, Muhammed Saeed Khana, Mehdiyev Vüqar İnqilab oğluna məxsus mağazalarda plandankənar yoxlama keçirib. Araşdırma zamanı mağazalarda qida təhlükəsizliyi sertifikatları olmayan, müxtəlif çeşidli və çəkilərdə qablaşdırılmış 192 ədəd mənşəyi məlum olmayan məhsul satışdan kənarlaşdırılaraq məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.