Bitki və bitkiçilik məhsullarından nümunə götürmə ilk növbədə nümunə vahidinin (məsələn, meyvə, kök, buket, çəki vahidi, paket və ya karton qutu və s.) müəyyənləşdirilməsindən ibarətdir.

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirlir. Təlimata əsasən, nümunə vahidinin müəyyənləşdirilməsi zərərli orqanizmin mal üzərində paylanma eyniliyi, zərərli orqanizmlərin hərəkətlilik və ya hərəkətsizlik dərəcəsi, yükün qablaşdırılması üsulu, onun ehtimal olunan istifadəsi kimi məsələlərlə əlaqəlidir. Baxış zamanı birdən çox zərərli orqanizm növü aşkar edilsə, aşkar edilən hər bir zərərli orqanizm növü üzrə biri-birindən asılı olmayan ayrıca nümunə vahidləri götürülür.

Qeyd edək ki, nümunə vahidi müəyyənləşdirilməsi zərərli orqanizmin mal üzərində paylanma eyniliyi, zərərli orqanizmlərin hərəkətlilik və ya hərəkətsizlik dərəcəsi, yükün qablaşdırılması üsulu, onun ehtimal olunan istifadəsi kimi məsələlərlə əlaqədar olaraq yükdən götürülməsi nəzərdə tutulan nümunənin forma və həcmini təyin edən ölçü vahididir.