“Bravo” da bu məhsulların keyfiyyətində qüsur aşkarlanıb.
Foodinfo.az xəbər verir ki, yoxlanış zamanı VICI qızılbalıqdan balıq porsiyalarının keyfiyyətində qüsur aşkarlanmışdır.
Şirkətin bununla bağlı açıqlamasında bildirilir:
"Bravo-da təqdim olunan məhsulların keyfiyyəti və müştərilərimizin sağlamlığı bizim üçün hər zaman önəmlidir. Yoxlanış zamanı VICI qızılbalıqdan balıq porsiyalarının keyfiyyətində qüsur aşkarlanmışdır. Bununla əlaqədar olaraq, 2 avqust tarixində Əhmədli qəsəbəsində yerləşən Bravo hipermarketdən bu məhsulu əldə etmiş müştərilərdən xahiş olunur ki, məhsulu geri qaytarmaq üçün alış-veriş qəbzi ilə hipermarketə yaxınlaşsınlar".