Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il dekabrın 16-da ölkə üzrə 401 ictimai iaşə obyektində 707 monitorinq keçirilib. Monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Kolomeysev küç., ev 8 ünvanında yerləşən, fiziki şəxs Qədirov Rüstəm Xanlar oğluna məxsus “Pizza İnn” kafesi;
2. Bakı şəhəri, Nizami rayonu, Ə. Hacıyev küç., ev 4 ünvanında yerləşən, fiziki şəxs Quliyev Kənan Arif oğluna məxsus restoran;
3. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., Salyan şosesi 22 ünvanında yerləşən, fiziki şəxs Baqişov Zaur Mirbəşir oğluna məxsus kafe;
4. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küç., ev 15C ünvanında yerləşən, hüquqi şəxs “Pja” MMC-yə məxsus restoran;
5. Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 32E ünvanında yerləşən, fiziki şəxs Hacıəhmədli Qurban oğluna məxsus çay evi;
6. Bakı şəhəri, Sabunçu rayonu, O. Əfəndiyev küçəsi 4V ünvanında yerləşən, fiziki şəxs Əmrahov Cambulad Zahid oğluna məxsus “Pivə” kafesi;
7. Samux şəhəri, Samux rayonu, Nəbiağalı qəsəbəsində yerləşən, Quliyev Ramal Hamil oğluna məxsus “Qoşa Çinar” restoranı;
8. Salyan rayonu, Marışlı kəndində yerləşən, Cahangirov Anar İsa oğluna məxsus yeməkxana;
9. Salyan rayonu, Yenikənd kəndində yerləşən, Salayev Həsrət Hacırza oğluna məxsus yeməkxana.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.