Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Foodinfo.az Agentliyə istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 31-də ölkə üzrə 451 ictimai iaşə obyektində 742 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, F. Xoyski pr., ev 830-835, Gənclik Mall TM-də yerləşən, hüquqi şəxs “Siti Keyterinq” QSC-yə məxsus “Cafe City” restoranı;
2. Bakı şəhəri, Nərimanov rayonu, Metropark TM-də yerləşən, fiziki şəxs Cəfərova Günel Ramiz qızına məxsus restoran;
3. Bakı şəhəri, Yasamal rayonu, Ş. Mehdiyev küç., ev 23F ünvanında yerləşən, fiziki şəxs Rzayev Elvin Fəxrəddin oğluna məxsus “Bordo” dönərxanası;
4. Şamaxı şəhəri, Bakı-Qazax yolunda yerləşən, fiziki şəxs Etibarov Rasim Eldar oğluna məxsus “Sevinc” restoranı;
5. Tovuz rayonu, Aşağı-Quşçu kəndində yerləşən, fiziki şəxs Əliyev Elşad Elşən oğluna məxsus kafe;
6. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, fiziki şəxs Hüseynov Əmir Yunis oğluna məxsus “Prestij” restoranı.
AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.