Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il oktyabrın 25-də ölkə üzrə 407 ictimai iaşə obyektində 727 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Nizami rayonu, T. Abbasov 120 ünvanında yerləşən, fiziki şəxs Şıxəliyev Rəsul Şahlar oğluna məxsus “Seven Pub” kafesi; 2. Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsində yerləşən, fiziki şəxs Hudulov Tələt Dibirhacı oğluna məxsus kafe; 3. Bakı şəhəri Səbail rayonu, Ə.Nəzərov 1 A ünvanında yerləşən, fiziki şəxs Xəlilov Vətən Mübariz oğluna məxsus kafe; 4. Bakı şəhəri Nərimanov rayonu, M.K. Atatürk 31 ünvanında yerləşən, hüquqi şəxs "The Mood" MMC-yə məxsus “The Mood” restoranı; 5. Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən, fiziki şəxs Sadıqov İbrahim İlqar oğluna məxsus "Xan bağı" kafesi. Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.