Azərbaycanda xüsusi təyinatlı qida məhsullarının və bioloji aktiv qida maddələrinin təhlükəsizliyinə dair yeni tələblər müəyyən edilir. Foodinfo.az-ın məlumatına görə, bu barədə məsələ “Qida təhlükəsizliyi” haqqında yeni qanun layihəsində əksini tapıb. Qanun laytihəsinə əsasən, xüsusi təyinatlı qida məhsullarına aşağıdakılar aiddir: uşaq orqanizminin fizioloji tələbatlarına cavab verən və üç yaşına qədər uşaqların qidalanması üçün nəzərdə tutulmuş qida məhsulları; gündəlik qida rasionunun tam dəyişdirilməsini təmin edən, bədən kütləsinin azaldılması baxımından enerjinin məhdudlaşdırılması üçün istifadə edilən diyetik qida məhsulları; insan orqanizmində zərərli amillərin xroniki təsiri ilə şərtlənən pozuntuların qarşısının alınması məqsədilə xüsusi qida rasionlarında istifadə olunan müalicəvi-profilaktik qida məhsulları.