Gürcüstandan “Elvin 060” MMC-nin idxal etdiyi “OOO GEO Export” şirkətinə məxsus 24500 kq ərzaqlıq kartof məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Foodinfo.az xəbər verir ki, müayinələr nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərverici − kartof yumrularında halqavarı çürümə (Clavibacter michiganensis subsp. sepedonicus) aşkar edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar məişət tullantıları poliqonunda məhv edilib.