Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 23-də ölkə üzrə 422 ictimai iaşə obyektində 747 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, ev 709K ünvanında yerləşən, hüquqi şəxs “Arzu-A” MMC-yə məxsus restoran; 2. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S. S. Axundov küç., ev 13D ünvanında yerləşən, fiziki şəxs Tahirov Mehdi Məmməd oğluna məxsus kafe; 3. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küç., ev 15A ünvanında yerləşən, hüquqi şəxs “Köşebaşı” MMC-yə məxsus “Köşebaşı” restoranı; 4. Bakı şəhəri, Nərimanov rayonu, F. Xoyski pr., ev 830-835 ünvanında yerləşən, hüquqi şəxs “Emsa Food” MMC-yə məxsus “Dine Hall Burger” restoranı; 5. Bakı şəhəri, Nizami rayonu, R. Rüstəmov küçəsi 36 ünvanında yerləşən, fiziki şəxs Baxşəliyev Zakir Kamil oğluna məxsus kafe; 6. Bakı şəhəri, Səbail rayonu, Xəqani küç., ev 42 ünvanında yerləşən, fiziki şəxs Səttarov Aslan Aslan oğluna məxsus çay evi; 7. Şirvan şəhəri, N. Nərimanov küçəsində yerləşən, fiziki şəxs Həziyev Sərhəd Ədinə oğluna məxsus restoran. Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.