Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Foodinfo.az-ın xəbərinə görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 28-də ölkə üzrə 395 ictimai iaşə obyektində 689 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Səbail ‎rayonu, Neftçilər pr., ev 108m ünvanında yerləşən, hüquqi şəxs "Dream Touch" MMC-yə məxsus “Beverly Hills Dinner” restoranı; 2. Bakı şəhəri, Nərimanov‎ rayonu, Rəhimov küç., ev 3A ünvanında yerləşən, fiziki şəxs Umarov Osman Nadir oğluna məxsus “Novbahar” restoranı; 3. Bakı şəhəri, Səbail‎ rayonu, Neftçilər pr., ev 108 ünvanında yerləşən, hüquqi şəxs "PJA" MMC-yə məxsus restoran; 4. Bakı şəhəri, Nəsimi rayonu, Rüstəm küç., m.11 ünvanında yerləşən, fiziki şəxs Fəsulov Siyasət Şahlar oğluna məxsus çay evi; 5. Gəncə şəhəri, Azərbaycan bayrağı küç., ev 138m ünvanında yerləşən, fiziki şəxs Zamanov Anar Abbasəli oğluna məxsus “Park House” restoranı. Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.