Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il oktyabrın 13-də ölkə üzrə 412 ictimai iaşə obyektində 712 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., A. İldırım küçəsi 8 ünvanında yerləşən, fiziki şəxs Yunusov Ələskər Albert oğluna məxsus kafe;
Bakı şəhəri, Səbail rayonu, Sahib İbrahimxəlilov küç., ev 1A ünvanında yerləşən, fiziki şəxs Orucov Tural Şəmil oğluna məxsus “Osmanlı” kafesi;
Bakı şəhəri, Səbail rayonu, Ə. Nəzərov küçəsində yerləşən, fiziki şəxs Cavadov Fərhad Natiq oğluna məxsus dönər evi;
Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küç., ev 75 ünvanında yerləşən, fiziki şəxs Ağazadə Rüfət Nizam oğluna məxsus restoran;
Bakı şəhəri, Xətai rayonu, Salmani küçəsi 7 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Rza Rasim oğluna məxsus “İstirahət” kafesi;
Bakı şəhəri, Suraxanı rayonu, Yaşayış sahəsi D, ev 20 ünvanında yerləşən, fiziki şəxs Əhmədov Rizvan Əvəz oğluna məxsus restoran;
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., Sergey Esenin küç., ev 84 ünvanında yerləşən, fiziki şəxs Əbdülbağıyev Elmin İlqar oğluna məxsus kafe;
Gəncə şəhəri, İsmət Qayıbov küçəsi 185 ünvanında yerləşən, fiziki şəxs Zeynalova Zəhra Ələkbər qızına məxsus "Feqa" çay evi;
Gəncə şəhəri, H, Əliyev pr., ev 157 ünvanında yerləşən, fiziki şəxs Süleymanov Məmmədəli İslam oğluna məxsus “Zalatoy” kafesi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.