Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küç., ev 133B ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cabirov Teymur Məşədi Ağa oğluna məxsus çörək istehsalı müəssisəsində keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Belə ki, müəssisənin istehsal və anbar sahəsində döşəmələrin tamlığının pozulduğu, divarların his və rütubətdən qaraldığı, anbar sahəsində havalandırma sisteminin quraşdırılmadığı, həmçinin müəssisədə çalışan işçilərin xüsusi geyimlə təmin olunmadığı və dövri tibbi müayinədən keçmədiyi müəyyən olub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
[gallery ids="43836,43837"]