Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir. Foodinfo.az xəbər verir ki, məsələ ilə bağlı AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti  ("Rosselxoznadzor") arasında aparılan müzakirələr, 14-29 yanvar tarixlərində təsərrüfatlarda həyata keçirilən videomonitorinqlər və məhsullardan götürülən nümunələrin ekspertizası nəticəsində 5 fevral 2021-ci il tarixindən daha 12 pomidor istehsalı müəssisəsindən ("Amoris" MMC, "Alza Holding-1" MMC, "BVB Kənd Təsərrüfatı Müəssisəsi" MMC, “H and M Agro" MMC, "Aqroinnova" MMC, "Agro" MMC, "Agro-Land-Az" MMC, "A-Alyans" MMC, "Paradise Agro MMC, "T Tomates" MMC, "Kürdəmir Agro" MMC və Quliyev Bəşir Şain oğluna məxsus müəssisələrdən) pomidor ixracına icazə verilib. Hazırda AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə müzakirələr davam edir.