Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Foodinfo.az Agentliyə istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 24-də ölkə üzrə 427 ictimai iaşə obyektində 761 monitorinq keçirilib. Monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev pr., ev 26C ünvanında yerləşən, fiziki şəxs Mahmudov Fərəculla Kamil oğluna məxsus dönərxana;
2. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev pr., ev 34S ünvanında yerləşən, hüquqi şəxs “Azemat” MMC-yə məxsus “Dominos” restoranı;
3. Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 36 ünvanında yerləşən, fiziki şəxs Abbasbəyli Emin Ağalar oğluna məxsus restoran;
4. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., S. Yesenin küç., ev 332 ünvanında yerləşən, fiziki şəxs Qədirov Bəxtiyar Ağakərim oğluna məxsus dönərxana;
5. Quba şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Rzayev Xoşbəxt Zeynalabdin oğluna məxsus “Lucky” kafesi;
6. Quba şəhəri, 223-cü Atıcı Diviziya küçəsində yerləşən, fiziki şəxs Əsgərov Məzahir Bahadır oğluna məxsus “Alma” restoranı;
7. Quba şəhəri, Vaqif küçəsində yerləşən, fiziki şəxs Xazriyev Aid Fuad oğluna məxsus kafe;
8. Ağsu rayonu, Pirhəsənli kəndində yerləşən, fiziki şəxs Cəbrayıllı Cəbrayıl Allahverdi oğluna məxsus “Mənzərə” kafesi.
AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.