Artıq dondurulmuş tərəvəzlər soyuducuda uzun müddət saxlanılan təzə qidalardan daha çox qida ehtiva edə bilər. Foodinfo.az xəbər verir ki, bu barədə dietoloq Yuliya Xruleva məlumat verib.
Mütəxəssisin bildirib ki, təzə məhsulda daha çox vitamin və minerallar olur. Lakin mağazalara daşınarkən və satış zamanı tərəvəzlər öz xüsusiyyətlərini itirir. Beləliklə, dondurulmuş qidalar mövsümdənkənar tərəvəzləri il boyu istehlak etmək istəyənlər üçün yaxşı seçimdir.
Dietoloq deyir ki, dondurulmuş tərəvəzlər dondurucuda orta hesabla 6 aydan 12 aya qədər qala bilər.
Saxlama müddəti konkret məhsul növündən, orijinal istehsal tarixindən, emal üsulundan və saxlama şəraitindən asılıdır. Dondurulmuş tərəvəzlərin təravətini mümkün qədər uzun müddət saxlamağın əsas amili onların sabit temperaturunu təmin etməkdir.
Nərmin