Bildiririk ki, 1 fevral 2021-ci il tarixində “Preparatların sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş  preparatların siyahısına daxil edilməsi barədə Ekspert Şurası”nın və “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyası”nın növbəti iclası olub. Foodinfo.az xəbər verir ki, iclas Nazirlər Kabineti yanında Operativ Qərargahın 17 mart 2020-ci il tarixli xüsusi rejimdə iş üzrə təlimatına uyğun olaraq onlayn qaydada keçirilib. “Ekspert Şurası”nın iclası zamanı müvafiq elmi-tədqiqat institutlarında sınaqları aparılmış preparatlara dair məlumatlar təhlil edilib, yeni preparatlar üzrə sınaqların aparılmasına dair müraciətlər araşdırılıb. Preparatların sınağı və tətbiqi zamanı müsbət nəticələr əldə olunmasına əsasən (təkrar qeydiyyat da daxil olmaqla), 76 adda preparatın dövlət qeydiyyatına alınması (siyahı əlavə olunur), 7 adda preparatın sınağının aparılması barədə qərar qəbul olunub. İclasda CTS Agro” MMC-nin Agentliyə müraciəti qanunvericiliyə uyğun olaraq qiymətləndirilib, anbarlarda olan 12342 kiloqram və 57776 litr istifadə müddəti bitmiş pestisidin zərərsizləşdirilməsi ilə bağlı qərar qəbul edilib.