Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Foodinfo.az xəbər verir ki, Agentliyin əməkdaşları tərəfindən Bərdə şəhəri, Ü. Hacıbəyov küçəsində fəaliyyət göstərən “BƏRDƏ TİCARƏT” ASC-yə məxsus ərzaq məhsullarının topdan və pərakəndə satışı bazarında yoxlama keçirib. Yoxlama zamanı bazarda satışa çıxarılan heyvan mənşəli məhsulların və onlardan emal olunmuş məhsullara dair müvafiq müşayiətedici sənədlərin olmadığı, baytarlıq ekspertizasından keçmədən satışa çıxarıldığı, o cümlədən realizasiya edilmiş turşular da daxil olmaqla sözügedən məhsulların mənşəyinin məlum olmadığı, satışa çıxarılan balıqların birbaşa asfalt örtüyü üzərinə yığıldığı, həmçinin qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələblərinə əməl edilmədiyi məlum olub. Ərzaq satışı müəssisəsində yararlılıq müddəti bitmiş qida məhsulları Agentliyin əməkdaşları tərəfindən satışdan çıxarılaraq məhv edilib. Bununla yanaşı, bazarda çalışan işçilərin, xüsusilə də qida məhsulları ilə təmasda olan işçilərin sanitar geyimlərdən istifadə etmədiyi, habelə ilkin və dövri olaraq tibbi müayinələrdən keçmədiyi aşkar edilib. Satışa çıxarılmış mənşəyi məlum olmayan nehrə yağından nümunələr götürülərək müayinələrinin aparılması üçün AQTİ-nin müvafiq laboratoriyasına təqdim edilib. Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
[gallery ids="34329,34330,34331,34332"]
Son xəbərlər
- Sumaqlı su bakteriyaların yayılmasının qarşısını alır
- Ürəyində problem olanlar nə üçün qəhvədən imtina etməlidirlər?
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?