Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Foodinfo.az-ın xəbərinə görə, agentliyin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr., A.Məhərrəmov küç., ev 20A ünvanında fəaliyyət göstərən fiziki şəxs İskəndərov Həyatxan Hüseynəli oğluna məxsus ərzaq məhsullarının topdan və pərakəndə satışını həyata keçirdiyi ticarət müəssisəsində yoxlama keçirib. Yoxlama zamanı ticarət müəssisəsində ərzaq məhsullarının saxlanması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması faktı aşkar olunub. Eyni zamanda, ərzaq məhsullarının saxlanılması və satışı zamanı temperatur rejiminə riayət edilmədiyi, termiki emaldan keçmədən istifadə edilən quru meyvələrin, çərəzlərin və ədviyyatların ticarət müəssisəsinin qarşısında üzəri açıq şəkildə satıldığı müəyyən edilib. Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalar davam etdirilir. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır. [gallery ids="39061,39062,39063"]