Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir. AQTA-dan Foodinfo.az-a verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən Gədəbəy rayonu, Xar-Xar kəndində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Məstan Tapdıq oğluna məxsus “Turan” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub. Belə ki, müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin sıxlıq normalarının gözlənilmədiyi məlum olub. Aşkar edilmiş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir. [gallery ids="43584,43585"]