Təzə giləmeyvələrdən nümunə götürülməsi müvafiq tələblərə uyğun həyata keçirilir.

 Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirilir. Təlimata əsasən, 100-ə qədər bağlama vahidi olan partiyalardan ən azı 3 bağlama vahidi götürülür. 100 bağlama vahidindən çox olan partiyalardan hər sonrakı tam və ya natamam dolu 50 bağlama vahidi üçün əlavə bir bağlama vahidi götürülür. Ayrılmış bağlama vahidlərinin hər birinin müxtəlif yerlərindən 300 qrama qədər nöqtəvi nümunələr götürülür. Daxili yoluxmanın müəyyənləşdirilməsi üçün ilkin nümunənin müxtəlif yerlərindən götürülmüş çəyirdəkli meyvələrin ən azı 10 %-i kəsilir.