Bakının mərkəzindəki “Görüş” kafesinin sahibinə cərimə yazılıb.

Foodinfo.az xəbər verir ki, söhbər paytaxtın Nəsimi rayonu, S.Vurğun küçəsi 68 ünvanında yerləşən obyektdən gedir.

Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbuluna görə kafe ilə bağlı cərimə protokolu tərtib edib.

Şəbnəm