Şəkərdən daha faydalı olmasına baxmayaraq, balın tərkibində qan şəkərinin səviyyəsini artıran fruktoza və saxaroza çoxdur.

Foodinfo.az xəbər verir ki, balın ziyan və faydaları, potensial təhlükələri haqqında "Budu" onlayn sağlamlıq idarəçiliyi xidmətinin diyetoloqu Nataliya Qridina danışıb.

O vurğulayıb ki, bal karbohidrat mənbəyidir, ona görə də onun istehlakı orta səviyyədə olmalıdır.

Balın tərkibində immun sisteminə müsbət təsir göstərən və antioksidant təsirə malik olan bir çox vitamin və mikroelementlər var. Bununla belə, ekspert balın həddindən artıq  istehlakının mümkün mənfi nəticələri barədə xəbərdarlıq edib, çünki  bal əslində şəkərə bərabərdir. Balın tövsiyə olunan gündəlik norması 1 çay qaşığıdır, maksimum miqdarı isə 3 çay qaşığı keçməməlidir.

Bundan əlavə, Nataliya Qridina qeyd edib ki, balın faydalı xüsusiyyətlərini qorumaq üçün onu termik emala məruz qoymamaq vacibdir. O, həmçinin, məhsulun mümkün allergenliyi barədə xəbərdarlıq edib və istifadə etməzdən əvvəl, xüsusən də əks göstərişlər olduqda, həkimə müraciət etməyi məsləhət görüb.

Leyla