Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. AQTA-dan Foodinfo.az-a bildirilib ki, Agentlik müfəttişləri DİN-in Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Ağcabədi şəhəri ərazində heyvan kəsimi və ət satışı ilə məşğul olan 42 sahibkarlıq subyektində reyd keçirib. Reyd zamanı Ağcabədi şəhəri, H. Əliyev prospektində İbadov Mobil İldırım oğluna, Mamedov Ceyhun Qurban oğluna; Ağcabədi şəhəri, Ü. Hacıbəyli prospektində Quliyev Teymur Sabir oğluna, Həsənov İsa Kərəm oğluna, Ömərov Atif Eldar oğluna məxsus məntəqələrdə baytarlıq baxışından keçmədən və baytarlıq ekspertizası aparılmadan qanunsuz heyvan kəsiminin və ət satışının həyata keçirildiyi müəyyən olunub. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati qaydada tədbir görülüb. Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır. [gallery ids="44145,44146"]