Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Kürdəmir rayonu, Heydər Əliyev pr., məhəllə 2/2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Həşimov Bəhrəm Həşim oğluna məxsus baytarlıq aptekində yoxlama keçirilib. Yoxlama zamanı aptekdə satışı həyata keçirilən istifadə müddəti bitmiş baytarlıq preparatları aşkarlanıb. Həmçinin satış sahəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, xüsusi temperatur rejimində saxlanılması tələb olunan preparatların temperatur rejiminə əməl olunmadan saxlanıldığı, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı, işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, aptek rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
[gallery ids="42268,42269"]