Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Foodinfo.az xəbər verir ki, Daxil olan məlumat əsasında Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ştq, Ruhulla Axundov küçəsi, ev 2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qəhrəmanova Samirə Bəxtiyar qızına məxsus “Kabak Pub” ictimai iaşə müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı ictimai iaşə müəssisəsində texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyenik qaydara əməl olunmadığı, xammalların müşayiətedici sənədlərinin olmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı aşkarlanıb. Məhsullardan götürülmüş nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Eyni zamanda müəssisədə məsul şəxs təyin olunmasına baxmayaraq, məsul şəxsə həvalə olunan tapşırıqların icrası ilə bağlı rəsmi qeydlərin aparılmadığı, “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə riayət olunmadığı müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Araşdırmalar davam etdirilir.
Agentlik bir daha sahibkarları Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydalara və metodiki göstərişlərin tələblərinə əməl etməyə çağırır. Bildirilir ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində ən sərt tədbirlər həyata keçirəcək.
[gallery ids="35129,35132"]
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir