Kəsilmiş güllərdən nöqtəvi nümunələrin götürülməsi zamanı eyni cinsli tarada qablaşdırılmış partiyadan hər bir bitkidən müvafiq miqdarda bağlama vahidləri seçilməlidir.

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirlir. 

Təlimata əsasən, partiyada olan bağlama vahidlərinin sayı 10-a qədər olduqda 2, 11-50 aralığında olduqda 5, 51-100 aralığında olduqda 7 bağlama seçilməlidir. Partiyada olan bağlama vahidlərinin sayı 100-dən çox olduqda 10 və hər növbəti 100 bağlama vahidi üçün əlavə 1 bağlama seçilməlidir. 

Qeyd edək ki, nöqtəvi nümunə fitosanitar karantin baxışı zamanı ilkin nümunənin hazırlanması məqsədi ilə bir partiyadan birbaşa seçilmiş müvafiq qaydada və miqdarda götürülən məhsuldur.