Kürdəmir rayonunda mal-qara və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri davam etdirilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildirilib ki, hazırda Kürdəmirdə 61 min başdan çox iribuynuzlu, 135 min başdan artıq xırdabuynuzlu heyvan var. 13 baytar sahə məntəqəsinin əhatə etdiyi 62 kənddə baytar xidməti həyata keçirilir. 2020-ci ilin epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq hazırda iribuynuzlu heyvanlarda dabaq və nodulyar dermatit, xırdabuynuzlu heyvanlarda isə qarayara xəstəliyinə qarşı profilaktik peyvəndləmə işləri aparılır.
Baytar mütəxəssislər tərəfindən həyata keçirilən ardıcıl profilaktik tədbirlər nəticəsində cari ilin ötən müddətində mal-qara arasında heç bir xüsusi təhlükəli infeksion xəstəlik qeydə alınmayıb, epizootik durum sabitdir və nəzarət altındadır.