Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Foodinfo.az xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən İsmayıllı rayonunun Tircan kəndində fəaliyyət göstərən “Girdiman” marketdə aparılmış yoxlama zamanı yararlılıq müddəti bitmiş, istehlaka yararsız qida məhsulları aşkarlanıb. Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsulların satışının qarşısı alınaraq məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.