Türkiyənin Koç Universitetinin tədqiqatçıları tərəfindən hazırlanmış kiçik sensor qida qablarına yapışdıra və ət, toyuq və balıq kimi zülalla zəngin qidaların təzəliyi haqqında məlumatlarını əldə edə bilir.
Köhnə məhsul aşkar edildikdə, sensor smartfona bildirişlər göndərir. Sensorun müxtəlif şəraitlərdə saxlanılan toyuq və mal əti nümunələri üzərində uğurlu sınaqdan keçirilməsi onun xarab olma ehtimalının müəyyən edilməsində etibarlılığını nümayiş etdirir.
Qeyd edək ki, hər il dünyada ərzaq istehsalının təxminən üçdə biri “yoxa çıxır” və ya tullanır ki, bu da 1,4 milyard ton təşkil edir.
Nərmin