Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyulun 7-də ölkə üzrə 398 ictimai iaşə obyektində 681 monitorinq keçirilib. Monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli parkda yerləşən, hüquqi şəxs "Bazıs Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Port Wine Grill" restoranı;
2. Bakı şəhəri, Yasamal rayonu, Nərimanov meydanı 9 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Ağa Haciməmməd oğluna məxsus “Nəlbəki” restoranı;
3. Bakı şəhəri, Nəsimi rayonu, Rüstəmov küç 11 ünvanında yerləşən, fiziki şəxs Rəsulov Siyasət Şahlar oğluna məxsus kafe;
4. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Gənclik küç., ev 29 ünvanında yerləşən, fiziki şəxs Həsənov Elvin Əjdər oğluna məxsus kafe;
5. Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küç. 82 ünvanında yerləşən, fiziki şəxs Osmanov Fərid Eldar oğluna məxsus kafe;
6. Bakı şəhəri, Sabunçu rayonu, Bakxanov qəs., Axundov küç. 99 ünvanında yerləşən, fiziki şəxs İnetullayev Səxavət Səfali oğluna məxsus kafe;
7. İsmayıllı rayonu, Xanagah ünvanında yerləşən, fiziki şəxs Tağıyev Kənan Azər oğluna məxsus kafe;
8. İsmayıllı rayonu, Xanagah ünvanında yerləşən, fiziki şəxs Mahmudov Feyruz Elburus oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.