Su quşlarının - ördək və qazların - yumurtalarında  çox vaxt təhlükəli infeksiyanın törədicisi yaşayır. Ona görə də onların satışı bir çox ölkələrdə qadağandır. Əgər onlar yesəniz belə, gərək yeməzdən öncə çox uzun müddət qaynadasınız. 

Foodinfo.az xəbər verir ki, bu barədə qida üzrə ekspert Nadejda Rayeva danışıb.

Onun sözlərinə görə, su quşlarının yumurtalarında çox vaxt salmonellyoz infeksiyası  olur. Bu, daha çox qida zəhərlənməsi kimi tanınan Salmonella tipli bakteriyaların yaratdığı simptomatik bağırsaq infeksiyasıdır.

Salmonellyoz zamanı insanlarda yüksək hərarət, bağırsaq pozğunluğu müşahidə olunur. Uşaqlar buna xüsusilə həssasdırlar: infeksiyaya yoluxma uşağın ölümünə səbəb ola bilər.

Toyuqlarda salmonellyoz zamanı süstlük müşahidə olunduğu halda, qaz və ördəklərdə salmonellyozu aşkar etmək olduqca çətindir. Su quşlarında infeksiya demək olar ki, simptomsuzdur.

Salmonella infeksiyasının daşıyıcısı həm qabıqda, həm də yumurtanın içində olur və 85 ° C-də üç dəqiqə bişirildikdə ölür. 

Tam əmin olmaq üçün toyuq yumurtalarını 8-10 dəqiqə, ördək və qaz yumurtalarını isə daha uzun müddət qaynatmaq lazımdır.

Fərid