Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Foodinfo.az-ın xəbərinə görə, nəzarət tədbirləri çərçivəsində 2022-ci il fevralın 3-də ölkə üzrə 401 ictimai iaşə obyektində 723 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Səbail rayonu, H. Rzayeva küç., ev 13 ünvanında yerləşən, fiziki şəxs Qafarov Emin Murad oğluna məxsus “Nest” restoranı; 2. Bakı şəhəri, Səbail rayonu, M. Hüseyn küç., ev 94 ünvanında yerləşən, fiziki şəxs İsgəndərli Elxan Habil oğluna məxsus kafe; 3. Bakı şəhəri, Nərimanov rayonu, F. Xoyski pr., 830/83-ci məhəllə, Gənclik Mall TM-də yerləşən, hüquqi şəxs “Özsüt Azerbaijan” MMC-yə məxsus “Özsüt” restoranı; 4. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev pr., ev 39C, məhəllə 2518 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Cəmil Yaşar oğluna məxsus “Üzüm” çay evi; 5. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 135 ünvanında yerləşən, fiziki şəxs Eyyubova Türkanə Firudin qızına məxsus “Coffe 9 Bar” restoranı; 6. Bakı şəhəri, Xətai rayonu, M. Hadi küç., ev 376 ünvanında yerləşən, fiziki şəxs Qədiyev Anar Elşad oğluna məxsus kafe; 7. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Məmmədov Nüsrət Camal oğluna məxsus “Pizza Line” kafesi; 8. Kürdəmir rayonu, Karrar qəsəbəsində yerləşən, fiziki şəxs Bayramov Bəxtiyar Mirzə oğluna məxsus “Şüşəli” restoranı. AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.