Paytaxtın Səbail rayonundakı “Panoramic” restoranında nöqsanlar aşkarlanıb.

Foodinfo.az xəbər verir ki, AQTA əməkdaşları burada monitorinq keçirib.

Bu zaman N.Q.Abbasov küçəsi 7 ünvanında yerləşən restoranda Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq aşkarlanıb.

Nəticədə obyektlə bağlı cərimə protokolu tərtib edilib