Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 25-də ölkə üzrə 430 ictimai iaşə obyektində 761 monitorinq keçirilib. Monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Böyük qala 50 ünvanında yerləşən, fiziki şəxs Kamran Yusubov Rövşən oğluna məxsus “Pendir çörək” restoranı;
2. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəs., dəniz kənarında yerləşən, fiziki şəxs Ələkbərov Zeynal Şirzad oğluna məxsus kafe;
3. Bakı şəhəri, Nərimanov rayonu, Fətəli X. Xoyski pr,. ev. 830/835 ünvanında yerləşən, hüquqi şəxs "Aqrolayn Qrup" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus kafe;
4. Bakı şəhəri, Yasamal rayonu, Nərimanov 51/53 ünvanında yerləşən, fiziki şəxs Həsənov Tohid Rəhim oğluna məxsus “City View” restoranı;
5. Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov 5 ünvanında yerləşən, fiziki şəxs Haqverdiyev Samir Təşkilat oğluna məxsus “Pub Karaoke” kafesi;
6. Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən, fiziki şəxs Əlimərdanov Rüfət Zəfər oğluna məxsus kafe;
7. İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunda yerləşən, fiziki şəxs Nuriyev Natiq Namiq ogluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.