Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2022-ci il fevralın 7-də ölkə üzrə 365 ictimai iaşə obyektində 646 monitorinq keçirilib. Monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Yasamal rayonu, M. Muxtarov küç., ev 190 ünvanında yerləşən, hüquqi şəxs “Pizza Mizza” MMC-yə məxsus “Pizza Caspian” restoranı;
2. Bakı şəhəri, Yasamal rayonu, Z. Xəlilov küç., məh. 25B, m. 1 ünvanında yerləşən, fiziki şəxs Manafova Günay Səttar qızına məxsus kafe;
3. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəs., 14 İyul küçəsində yerləşən, fiziki şəxs Feyzullayev Vüsal Mübariz oğluna məxsus “Abi dönər” kafesi;
4. Sumqayıt şəhəri, Dənizkənarı Bulvar, ev 2, m. 3A ünvanında yerləşən, fiziki şəxs Əhmədov Diyar Aslan oğluna məxsus “Music Coffe” kafesi;
5. Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev pr., məh. 21, ev 5 ünvanında yerləşən, fiziki şəxs Mürvətli Şəhriyar Paşa oğluna məxsus “Ülkər Lahmacun” kafesi;
6. Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən, fiziki şəxs Şöhləyev Cavid Qəhrəman oğluna məxsus, “Ozan” ailəvi istirahət mərkəzi;
7. Salyan şəhəri, Talıblı küçəsində yerləşən, fiziki şəxs Ramazanov Arzu Cəfər oğluna məxsus kafe;
8. Xaçmaz şəhəri, Bakı prospektində yerləşən, fiziki şəxs Musayevə Bənövşə Rizvan qızına məxsus “Elit” restoranı.
AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.