Kaliforniya Universitetinin biotibbi elmlər üzrə mütəxəssisi Changcheng Zhou-nun rəhbərlik etdiyi alimlər qrupu plastikdə olan kimyəvi elementlərin ürək-damar sisteminə mənfi təsir göstərə biləcəyini aşkar ediblər. Foodinfo.az xəbər verir ki, tədqiqatçılar ftalatların plazmadakı xolesterinin artmasına səbəb olduğunu aşkar ediblər. Ftalatlar - plastik əşyaların elastikliyini və davamlılığını artırmaq üçün onlara əlavə edilən bir qrup maddələrdir. Orqanizmə düşdükdə ftalatlar xolesterolun daşınması üçün zəruri olan əsas zülalların sintezinə səbəb olur. Nəticədə, insanın ürək-damar xəstəliklərinə tutulma riski artır.