Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir. Foodinfo.az-ın məlumatına görə, Agentlik əməkdaşları tərəfindən Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Vəliyev Elnur İzzət oğluna məxsus baytarlıq aptekində yoxlama keçirilib. Yoxlama zamanı aptekdə satışı həyata keçirilən istifadə müddəti bitmiş vaksinlər və baytarlıq preparatları aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, son istifadə tarixi bitmiş vaksinlər və baytarlıq preparatları satışdan kənarlaşdırılıb. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır. [gallery ids="42708,42709"]