Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən yerli icra orqanlarının əməkdaşları ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində aparılan reydlər zamanı fiziki şəxslər Məhərrəmov Yaqub İbrahim oğluna, İsmayılov Şaiq Yusif oğluna, Məmmədli Azər Rəfail oğluna, Mehdiyev Samir Pəhriz oğluna, Məmmədov Fazil Nazim oğluna, Məmmədli Azər Rəfail oğluna, Cabbarov İlqar Müzəffər oğluna, Novruzov Ehtiram Rəhman oğluna, Adilov Rahil Adil oğluna, Hüseynov Nizami Musa oğluna, Əsədov Suqəmid Adil oğluna və Quliyev Elsevər Qəşəm oğluna məxsus məntəqələrdə baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan qanunsuz olaraq heyvan kəsiminin və ət satışının həyata keçirildiyi aşkar edilib. Faktlarla bağlı məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, inzibati sanksiya tədbirləri görülüb, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
[gallery ids="47524,47525"]