Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.   Foodinfo.az-ın məlumatına görə, nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilən reyd zamanı Bakı şəhəri, Binəqədi rayonu ərazisində Rəsulzadə qəsəbəsi, A. Hüseynov küçəsində fiziki şəxslər Nağıyev Sabit Malik oğluna, Məmmədov Ramin Nazim oğluna, Xutor yaşayış massivi, E. Babayev küçəsində fiziki şəxslər Səmədov Əli Rəhbər oğluna, Bədəlov Ağamoğlan Sucu oğluna, M. Ə. Rəsulzadə qəsəbəsi, ev 22 ünvanında Maqsudov Müşviq İntiqam oğluna, Mir Cəlal küçəsində fiziki şəxslər Talıbov Elçin Ağalı oğluna, Abdurrəhmanov Zaur Şahid oğluna, Salmanov Naim Rafiq oğluna, Mənsimov Sərxan Məhər oğluna, İ. Cümşüdov küçəsində fiziki şəxslər Quliyev Elbəy Məhəmməd oğluna, Qaraşov Hikmət Telman oğluna, S. Məmmədova küçəsində fiziki şəxslər Kərimov Akif Kamal oğluna, Alıyev Nazim Şahpələng oğluna, A. Məmmədov küçəsində fiziki şəxslər Əmirov Anar Səfər oğluna, Şirinov Rəfail Ələkbər oğluna, H. Babaşov küçəsi 6 ünvanında Qımrıyev Vidadi Şamil oğluna, M. Kazımovski küçəsi 130 ünvanında Bağırov Eşqin Hüseyn oğluna məxsus məntəqələrdə qanunsuz heyvan kəsiminin və ət satışının həyata keçirildiyi aşkar edilib. Aşkar olunmuş faktlarla bağlı məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb. Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır. [gallery ids="45188,45189"]