Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Foodinfo.az-ın məlumatına görə, Agentlik müfəttişləri tərəfindən DİN-in Tərtər Rayon Polis şöbəsinin əməkdaşları ilə birgə rayon ərazisində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində həyata keçirilən reydlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan, baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan heyvan mənşəli məhsulların satışının həyata keçirildiyi məntəqələr aşkar edilib. Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri üçün zəruri məlumatlar verilib. Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır. [gallery ids="47763,47764,47765"]