Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, İ. Zülfüqarov küçəsi 89-91 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Abıyeva Rəxşəndə Allahverdi qızına məxsus “Qızıl-Baş” kafesində yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı və temperatur rejiminə riayət edilmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin aparılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi müəyyən olunub. Həmçinin müəssisədə markalanmasına dair etiket məlumatları olmayan və mənşəyi məlum olmayan süd məhsulları (qatıq, şor), mal qonşuluğu prinsipinə və temperatur rejiminə riayət edilmədən saxlanılan xırdabuynuzlu heyvan ətləri və yarımfabrikatlar aşkar edilib. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.
[gallery ids="39010,39011"]