“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.
Qeyd edək ki, aparılan müntəzəm yoxlama-nəzarət zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.
Belə ki, 2021-ci il 19 aprel - 4 iyun tarixlərində Xaçmaz şəhərinin Köhnə-Xaçmaz, Nərəcan, Müzəffəroba, Mürşüdoba və Çinartala kəndləri üzrə keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
Həmin qanunsuz heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:
Xaçmaz rayonu üzrə:
1. Xaçmaz şəhəri, Köhnə-Xaçmaz kəndində yerləşən, Ağayev Nemət Sadıq oğluna məxsus heyvan kəsim məntəqəsi;
2. Xaçmaz şəhəri, Köhnə-Xaçmaz kəndində yerləşən, Əhmədov Murad Hakim oğluna məxsus heyvan kəsim məntəqəsi;
3. Xaçmaz şəhəri, Köhnə-Xaçmaz kəndində yerləşən, Seyidov Zaur Buludxan oğluna məxsus heyvan kəsim məntəqəsi;
4. Xaçmaz şəhəri, Köhnə-Xaçmaz kəndində yerləşən, Məlikməmmədov Rəşad İlyas oğluna məxsus heyvan kəsim məntəqəsi;
5. Xaçmaz şəhəri, Köhnə-Xaçmaz kəndində yerləşən, Ağayev Nizami Əmirağa oğluna məxsus heyvan kəsim məntəqəsi;
6. Xaçmaz şəhəri, Müzəffəroba kəndində yerləşən, Hüseynov Ramin Şafaqat oğluna məxsus heyvan kəsim məntəqəsi;
7. Xaçmaz şəhəri, Mürşüdoba kəndində yerləşən, Qəhrəmanlı Ruslan Firuddin oğluna məxsus heyvan kəsim məntəqəsi;
8. Xaçmaz şəhəri, Nərəcan kəndində yerləşən, Ağayev Rifaq Sabir oğluna məxsus heyvan kəsim məntəqəsi;
9. Xaçmaz şəhəri, Bakı prospektində yerləşən, Bürcəliyev Mövlan Gəncəli oğluna məxsus heyvan kəsim məntəqəsi;
10. Xaçmaz şəhəri, R. Behbudov küçəsində yerləşən, Balakişiyev Heybət Şıxcamal oğluna məxsus heyvan kəsim məntəqəsi;
11. Xaçmaz şəhəri, Quba yolunun 1-ci kilometrliyində yerləşən, Mehrəliyev Məcnun Gülmurad oğluna məxsus heyvan kəsim məntəqəsi;
12. Xaçmaz şəhəri, Hacıəlibəyli kəndində yerləşən, İsmayılov Mehdi İsmayıl oğluna məxsus heyvan kəsim məntəqəsi;
13. Xaçmaz şəhəri, Köhnə-Xaçmaz kəndində yerləşən, Kərimov Eyvaz Kərəm oğluna məxsus heyvan kəsim məntəqəsi;
14. Xaçmaz şəhəri, Çinartala kəndində yerləşən, Manafov Əliməmməd Gülməmməd oğluna məxsus heyvan kəsim məntəqəsi;
15. Xaçmaz şəhəri, Bakı prospektində yerləşən, İsgəndərov Əli İsgəndər oğluna məxsus heyvan kəsim məntəqəsi.
AQTA bəyan edir ki, qanunsuz heyvan kəsimi fəaliyyətinə nəzarətlə bağlı müvafiq orqanlar haqqında qanunvericiliyə uyğun tədbirlər həyata keçiriləcəkdir.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır.