“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir. Əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir. Agentlikdən Foodinfo.az-a bidirilib ki, aparılan müntəzəm yoxlama-nəzarət zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra  heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir. Belə ki, Bakı şəhərinin Sabunçu rayonu ərazisində keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.   Həmin qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır: 1. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pirşağı-Kürdəxanı yolunun sağ tərəfində yerləşən, fiziki şəxs Quliyev Elmxan Sərhəddin oğluna məxsus heyvan kəsimi məntəqəsi; 2. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pirşağı-Kürdəxanı yolunun sağ tərəfində yerləşən, fiziki şəxs Qafarov Pərviz Mircəfər oğluna məxsus heyvan kəsimi məntəqəsi; 3. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pirşağı yolunun sağ tərəfində yerləşən, fiziki şəxs Əliyev Əlifyar Fətəli oğluna məxsus heyvan kəsimi məntəqəsi; 4. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pirşağı yolunun sağ tərəfində yerləşən, fiziki şəxs Eminov Telman Əbülfəz oğluna məxsus heyvan kəsimi məntəqəsi; 5. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsidə yerləşən, fiziki şəxs Rüstəmov Ramin Rüstəm oğluna məxsus heyvan kəsimi məntəqəsi; 6. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsidə yerləşən, fiziki şəxs Ramazanov Azər Şamil oğluna məxsus heyvan kəsimi məntəqəsi; 7. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsidə yerləşən, fiziki şəxs Baloğlanov Kamal Ağazaman oğluna məxsus heyvan kəsimi məntəqəsi; 8. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsidə yerləşən, fiziki şəxs Əliyev Qurban Nəbiəli oğluna məxsus heyvan kəsimi məntəqəsi; 9. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən, fiziki şəxs Səfərov Tapdıq Rəsul oğluna məxsus heyvan kəsimi məntəqəsi; 10. Bakı şəhəri, Səbail rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində yerləşən, fiziki şəxs Nəzərəliyev Rəşad İdris oğluna məxsus heyvan kəsimi məntəqəsi; 11. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Mayak küçəsində yerləşən, fiziki şəxs Sadıxov Ağa Rəhim oğluna məxsus heyvan kəsimi məntəqəsi.   Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.