“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.
Agentlikdən Foodinfo.az-a bildirilib ki, aparılan müntəzəm yoxlama-nəzarət zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.
Belə ki, Bakı şəhərinin Qaradağ və Nizami rayonları ərazisində keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
Həmin qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:
Qaradağ rayonu üzrə:
1. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., Nizami küçəsində yerləşən, fiziki şəxs Həsənov Ədalət Murad oğluna məxsus heyvan kəsimi məntəqəsi;
2. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., Nizami küçəsində yerləşən, fiziki şəxs İbadov Şakir Süleyman oğluna məxsus heyvan kəsimi məntəqəsi;
3. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., Seymur Orucov 43 ünvanında yerləşən, fiziki şəxs Fərzəliyev Elnur Aydın oğluna məxsus heyvan kəsimi məntəqəsi;
4. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 2-ci massiv, 1-ci küçədə yerləşən, fiziki şəxs Ələkbərov Fariz İbad oğluna məxsus heyvan kəsimi məntəqəsi;
5. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 2-ci massiv ünvanında yerləşən, fiziki şəxs Quliyev Ramiz Yasin oğluna məxsus heyvan kəsimi məntəqəsi;
6. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 28 may küçəsində yerləşən, fiziki şəxs Quliyev Nofəl Sahib oğluna məxsus heyvan kəsimi məntəqəsi;
7. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 28 may küçəsində yerləşən, fiziki şəxs Qasımov Nicat İltfiat oğluna məxsus heyvan kəsimi məntəqəsi;
8. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 28 may küçəsində yerləşən, fiziki şəxs Əliyev Ceyhun Səfər oğluna məxsus heyvan kəsimi məntəqəsi;
9. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., 28 may küçəsində yerləşən, fiziki şəxs Quliyev Teyyub Mehman oğluna məxsus heyvan kəsimi məntəqəsi;
10. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəs., Bünyadzadə 9 ünvanında yerləşən, fiziki şəxs Quliyev Tariyelə məxsus heyvan kəsimi məntəqəsi;
11. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 22 ünvanında yerləşən, fiziki şəxs Həsənov Surətə məxsus heyvan kəsimi məntəqəsi.
Nizami rayonu üzrə:
1. Bakı şəhəri, Nizami rayonu, Ramil Balakişiyev 61 ünvanında yerləşən, fiziki şəxs İsfəndiyarov Ruslan Əvəz oğluna məxsus heyvan kəsimi məntəqəsi;
2. Bakı şəhəri, Nizami rayonu,C.Naxçıvanski 12 ünvanında yerləşən, fiziki şəxs Balakişiyev Süleymana məxsus heyvan kəsimi məntəqəsi;
3. Bakı şəhəri, Nizami rayonu,C.Naxçıvanski 30 ünvanında yerləşən, fiziki şəxs Nüsrət İsayev Abdulbari oğluna məxsus heyvan kəsimi məntəqəsi.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.