Qida məhsulları ilə təmasda olan material və məmulatlar qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmalıdır.
Foodinfo.az xəbər verir ki, “Qida təhlükəsizliyi haqqında” qanuna əsasən, həmçinin qida məhsulları ilə təmasda olarkən qida məhsulunun tərkibini dəyişməməli və təhlükəsizlik göstəricilərinə təsir etməməli, yalnız təyinatı üzrə istifadə olunmalıdır. Eləcə də nəqliyyat tutumlarının (sisternlər, tankerlər və s.), boru kəmərlərinin, nasosların, şlanqların, nəqliyyat vasitələrinin və avadanlıqların qida məhsulları ilə təmasda olan bütün hissələri qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olaraq tətbiqinə icazə verilmiş materiallardan hazırlanmalıdır.
Sənəddə bildirilir ki, qida məhsulları ilə təmasda olan material və məmulatlara dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir. Qida məhsulları ilə təmasda olan material və məmulatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Fərid