Qida məhsulları sahəsində fəaliyyətə qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi ilə bağlı həyata keçirilən fəaliyyət daxildir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”da bildirilir. Sənədə əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlər qida zəncirinin bütün mərhələlərində fəaliyyəti həyata keçirən təsərrüfat subyektləri, həmçinin dövlət orqanları (qurumları), bələdiyyələrdir. Qida məhsulları sahəsində fəaliyyətin obyekti isə qida məhsulları sahəsində fəaliyyətin həyata keçirildiyi məkan, sahə, bina, nəqliyyat vasitəsi və digər modul tipli (daşına bilən) obyektlərdir.
Qeyd edək ki, qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqan bu sahədə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyidir.