Qida təhlükəsizliyi qida zəncirinin bütün mərhələlərində, habelə qida məhsullarının istehlakı (qəbulu) zamanı qida məhsullarının insanların həyat və sağlamlığına zərər vurmasını tam istisna edən vəziyyətidir.

Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”da bildirilir. Qaydalara əsasən, qida məhsullarının təhlükəsizliyi isə qida məhsullarının insan həyatı və sağlamlığı üçün təhlükəli olmamasına zəmanət verən, ekoloji, sanitariya, baytarlıq və fitosanitar norma, qayda və tələblərə uyğunluğudur.

Qida gigiyenası isə qida zəncirinin bütün mərhələlərində qida məhsulunun insan istehlakı üçün yararlılığını və təhlükəsizliyini təmin etmək üçün zəruri olan tələblərdir. 

Qeyd edək ki, qida təhlükəsizliyi sahəsində səlahiyyətli orqan bu sahədə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyidir.