Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 5-də ölkə üzrə 396 ictimai iaşə obyektində 689 monitorinq keçirilib. Monitorinqlər zamanı müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır: 1. Bakı şəhəri, Səbail ‎rayonu, Badamdar ŞTQ, Ə. Nəzərov küçəsi, ev 2, m. 8 ünvanında yerləşən, fiziki şəxs Cavadov Fərhad Natiq oğluna məxsus dönər evi; 2. Bakı şəhəri, Nizami ‎rayonu, Tofiq Abbasov küçəsi, ev 4 ünvanında yerləşən, fiziki şəxs Mikayılov Vüqar Xamis oğluna məxsus çay evi; 3. Bakı şəhəri, Səbail ‎rayonu, Bülbül prospekti 14/70 ünvanında yerləşən, fiziki şəxs Nadirov Azər Habil oğluna məxsus “Yemen” restoranı; 4. Bakı şəhəri, Binəqədi ‎rayonu, Ə. Naxçıvani küçəsi, ev 7C ünvanında yerləşən, fiziki şəxs İsayev Cavad İldırım oğluna məxsus “Secrets Pub” restoranı; 5. Bakı şəhəri, Sabunçu‎ rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən, fiziki şəxs Rəhimov Yunis Adəm oğluna məxsus kafe; 6. Bakı şəhəri, Nərimanov ‎rayonu, Həsənoğlu küçəsi 15A ünvanında yerləşən, fiziki şəxs "Reges Hotels" MMC-yə məxsus “Divan Express” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran. Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.